AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən verilən məlumata görə, iyulun 8-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib. Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

