Avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Bakının Qaradağ rayonunda polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər nəticəsində narkotik vasitələri qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb. Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırmalar nəticəsində İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

