Yeni avtomobil yoluna görə yaşayış evləri sökülür - VİDEO

Yol tikintisinə görə bu ərazidəki fərdi evlər söküləcək.

Görüntülər paytaxtın Nərimanov rayonundadır. Söküntü işləri "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun inşası ilə bağlıdır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, plana düşən evlərin hər kvadratmetrinə görə 2500-3000 manat arasında kompensasiya ödənilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.