Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq
“Hövsan-Digah” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, fasilə Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, Babək prospektini, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələri və Fazenda yaşayış massivini əhatə edəcək.

