DYP: Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə radarlarla intensiv nəzarət olunur
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", idarənin məlumatında deyilir.

