"3 manatlıq kabab" kafesində ət məhsullarından nümunələr götürülüb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək kafedə xidmətlərin göstərilməsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

