FHN: Marketdə baş verən yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisionerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kvadratmetr sahədə yanıb.
Market və bina yanğından mühafizə olunub.

