“Bakı Metropoliteni”: Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək 

Bakı metropolitenində texniki nasazlıq baş verib.

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.