Sinif yoldaşı tərəfindən yandırılan uşağın vəziyyəti açıqlanıb

286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırki vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, uşağın vəziyyəti ağırdır:

"Dünənyanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".