Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər də saxlanılıb

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 95, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 4,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 19 avtomat silahı, 1 tapança, 7 tüfəng, 6 patron darağı və 17 ədəd patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər də saxlanılıb.