“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində yubileyləri olan Milli Qəhrəmanlar haqqında videoçarxlar hazırlanır. Canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız əbədi ömür qazanır, heç vaxt unudulmur.

2026-cı ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında birinci videoçarx Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Videoçarxda Milli Qəhrəmanlar Hikmət Nəzərlinin, Natiq Qasımovun, Elgiz Kərimovun, Şamil Ramazanovun, Yalçın Nəsirovun, Bəşir Kərimovun, igidliyi və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar verilir.

          Videoçarxdakı Milli Qəhrəmanlardan üç nəfər Birinci Qarabağ müharibəsində, üç nəfər 13 – 17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur: