Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları dinləyəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşlarla görüşəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüş saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, [email protected][email protected]) müraciət edə bilərlər.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.