Kitabxanada növbəti rəsm sərgisi açıldı - Foto
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucular” tədbirləri çərçivəsində gənc rəssam, Mərkəzi Kitabxananın fəal oxucusu, kitabsevər Günay Zeynalovanın fərdi rəsm sərgisi açıldı.
Günay Zeynalova 161 №-li tam orta məktəbin 8-ci sinif şagirdidir. Uşaq yaşlarından rəsmlə məşğul olur. Arzusu rəssam olmaqdır. Asudə vaxtlarında kətan üzərində rəsmlər çəkməyi, sərgilərə getməyi sevir. Məktəb tədbirlərində bir çox rəsmlər çəkib, Art karvanı, Art studio, “Səttar” rəsm sərgilərində sertifikatlar qazanıb.
Mərkəzi Kitabxanada açılan sərgilərdə “Dənizin ahəngi”, “Günəşə aparan yol”, “Ağ dalğalar”, “Suyun nağılı”, “Ramazan süfrəsi”, “Səssiz üfüq”, “Flora”, “Uzaqdan ulduzlar”, “Sitrus ətri”, “Zərif bənövşələr”, “Zanbaqlar arasında”, “Sarı ümid”, “Zərf çiçəklər”, “Təbiətlə üz-üzə”, “Sehrin səsi”, “Meşənin güzgüsü”, “Zəfərə gedən yol”, “Sarı yaylıq” adlı rəsmlər nümayiş olunur.
Sərgi iki mərhələli olacaq və bir ay davam edəcək. Sərgidə gənc rəssamın 30-a yaxın rəsmi nümayiş olunacaq.

