Nazir Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində  olub - VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, bu gün səhər saatlarında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əraziyə baş çəkib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.