Nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir

ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir.

Bu barədə  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilir ki, nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib.

 "Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.

Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər", - qurumdan əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda bayram günlərində müşahidə olunan intensiv yağışlar paytaxt və bölgələrdə infrastrukturun fəaliyyətinə ciddi təsir göstərib. Yağış suları xüsusilə Abşeron rayonunun Masazır qəsəbəsini içməli su ilə təmin edən nasos stansiyasında nasazlığa səbəb olub və nəticədə beş gündür qəsəbənin bəzi ərazilərinə suyun verilməsi dayandırılıb.