ANAMA əməkdaşı Xocalıda yol qəzasında ölüb

Xocalıda yol qəzası baş verib.

Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb.

Məlumata görə, qəzada ölən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı olub. ANAMA bununla bağlı sosial şəbəkədə başsağlığı verib.

Fakt araşdırılır.