Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib
Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.
AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qaytarılıb.

