Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.

