YODLU-BROMLU SƏNAYE SULARI QİYMƏTLİ SƏRVƏTLƏRİMİZDƏNDİR

1830-1840-cı illərdə dünyada duzlu suların və dəniz sularının ilk laboratoriya tədqiqatlarına başlanılması ilə bu sahədə XIX əsrin ilk kəşfl əri baş verdi. Yeraltı duzlu sularda və mineral bulaqlarda yod və bromun olması müəyyən edildi. 1850-1870-ci illərdə Almaniya
və Fransada bromun duzlu sulardan, xüsusən də xörək duzu istehsalı tullantılarından sənaye üsulu ilə çıxarılma sınaqlarına başlanıldı.

XIX əsrin sonları XX əsrin əvvəllərində kimya sənayesinin sürətli inkişafı halogenlərə marağı sti-
mullaşdırdı. Rusiya imperiyasında, xüsusən Krımda və Qafqazda brom və yod çıxarmaq üçün mineral su yataqlarının öyrənilməsinə başlanıldı. 1900-1910-cu illərdə bəzi bölgələrdə (məs. Moskva yaxınlığındakı duzlu su mənbələri, Qara dəniz bölgəsi) bromun sınaq
çıxarılması aparılmışdı.

Məqalənin tam mətni ilə PDF versiyasından tanış ola bilərsiniz.

PDF