DİN: Ötən gün 1,5 tondan artıq çətənə kolu məhv edilib

Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,5 tondan artıq 1791 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.