Elm və təhsil nazirinin Oğuzda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin iyulun 25-də Oğuz şəhərində vətəndaşlarla keçiriləcək görüşünün vaxtı dəyişdirilib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, vətəndaş qəbulu iyulun 29-da keçiriləcək.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.