Köç karvanı Xocavənd şəhərinə çatıb

Martın 19-da doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb. Bu mərhələdə Xocavənd şəhərinə 177 nəfərdən ibarət 46 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.