Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.
Xezerxeber.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.