Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı yerli medianın sualını cavablandırıb.
Yerveinsan.az Xarici İşlər Nazirliyinin mətbuat katibinə ünvanlanmış sualı və Ayxan Hacızadənin cavabını təqdim edir.
-Son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib. Bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?
-Suriyada baş verən prosesləri yaxından izləyirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir.