Ötən gün ölkə ərazisində 51 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 23-də ümumi çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbi olub.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.