Azər Cəfərova ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası həvalə edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev A.M.Cəfərova Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.