Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
“Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis kompleksini hədəf alan terror hücumunu qətiyyətlə pisləyirik. Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir”, - deyə paylaşımda qeyd edilib.

