Ombudsman Aparatı: Ermənistanda revanşist ideyaların təbliği narahatlıq doğurur

Erməniəsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur.

Yerveinsan/az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının açıqlamasında bildirilib.

Vurğulanıb ki, insanların hüquq və azadlıqlarının səmərəli təmini və sülh prosesinin dəstəklənməsi naminə bu cür nifrət motivli təbliğatın qarşısı alınmalıdır.