Xocalıda traktor minaya düşdü

Bu barədə Daxili işlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu gün saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.