Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki,yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib. Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.

