Qaxda itkin düşən şəxsin axtarışları davam etdirilir

Qax rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşın axtarışları davam etdirilir.

Yerveinsan.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi ilə əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. 

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Əlavə məlumat veriləcək.