Gecikən Bakı-İstanbul reysinin sərnişinləri yola salınıb

AZAL-ın texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.