Xocavənd rayonu ərazisində 5 min ədəd çətənə bitkisi kökündən çıxarılaraq məhv edilib
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meşə massivində yabanı halda bitən, çəkisi 1 ton 500 kiloqram olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

