Müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanıb
Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

