Narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınıb
Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində, təmiz çəkisi 22,590 qram olan narkotik vasitə-marixuana aşkar edilib.
“Şahtaxtı” gömrük postunda isə İran İslam Respublikasından ölkə ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən “DAF” markalı yük avtomobilinin sürücüsünün üzərində şəxsi yoxlama zamanı, təmiz çəkisi 14,053 qram olan narkotik vasitə-tiryək aşkar olunub.

