Hərbi qulluqçumuz ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub - Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyib.
Allah rəhmət eləsin.

