Baş Prokurorluğun mətbuat xidməti məlumatı

Martın 1-də Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində minatəmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.