Ötən gün 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının martın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,8 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın tiryək, 660 qram həşiş, 4,7 kiloqramdan çox metamfetamin, 86 ədəd çətənə kolu, həmçinin 400 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.