DSX-nin kursantı vəfat edib

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.