Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.

Bu barədə səfirliyin tviter hesabında qeyd edilib.

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - deyə bildirilib.