DİN: Ölkə ərazisində qeydə alınan 103 cinayətin üstü açılıb

Yanvarın 18-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.