Mərdəkan qəsəbəsində tikilməkdə olan binanın həyətində kişi meyiti tapılıb

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Daxili İşlər nazirliyindən verilən məlumata görə, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.