Şəkidə evdə yanğın olub

Şəki şəhərinin Baş Küngüt kəndində ümumi sahəsi 225 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 ədəd həcmi 50 litr, 2 ədəd həcmi 5 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb