Kəlbəcərdə minaya düşənlərdən biri vəfat edib
Xəbər verdiyimiz kimi, dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olmuşdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daha iki nəfərin xəsarət alması müəyyən edilib. Onlardan biri vəfat edib.

