Fövqəladə Hallar Nazirliyi: Qanunsuz tikintilərin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkarlanıb.

Bununla əlaqədar Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlər sökülüb.