FHN: Ötən sutka ərzində 18 halda yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla yeddi nəfər xilas olunub. Paytaxtın Xətai rayonunda evdə baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.