Ötən doqquz ay ərzində paytaxtda 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Ötən doqquz ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 143 nəfər ölüb, 264 nəfər isə xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu, ötən dövrlə, yəni 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 fakt azalma deməkdir.

