Həftəsonu Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.