Azərbaycanda 502 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, 9 838 nəfər vəfat edib, aktiv xəstə sayı 3 189 nəfərdir.
Ölkədə son sutka ərzində 4 343, hazırkı dövrədək isə 7 180 867 test aparılıb.

