Qubada qanunsuz silah saxlayan şəxs həbs edilib

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunmuş Əli Ağabəyov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli Ağabəyov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.